2025-ci ildə keçirilən görüşlər və iştirak edilən tədbirlər.
Ekranı aşağı sürüşdürərək, keçirilən görüşlər və iştirak edilən tədbirlər haqqında ətraflı məlumat əldə edə bilərsiniz
Şirkətimizdə Latviya Həyat, Elmlər və Texnologiyaları Universiteti ilə İlk Görüş – 14.04.2025


Bu görüş zamanı universitet və şirkətimiz arasında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edildi.
Şirkətimizdə Latviyanın Turiba Universiteti ilə İlk Görüş – 15.04.2025








Bu görüş çərçivəsində şirkətimizdə seminar təşkil olundu və seminarda iştirak edən şəxslər sertifikatlarla təltif edildilər. Həmçinin, universitet ilə şirkətimiz arasında gələcək əməkdaşlıq imkanları müzakirə edildi.
Nəzrin Xankişiyeva ilə Podcast Çəkilişi. A-dan Z-yə Xaricdə Təhsil – 12.07.2025
Bu proqramda Nəzrin xanım tərəfindən xaricdə təhsil ilə bağlı verilən bütün suallar ətraflı şəkildə cavablandırıldı.

Latviya Həyat Elmləri və Texnologiyaları Universitetinə Ziyarətimiz – 25.09.2025
Bu görüş zamanı Universitetin Beynəlxalq Ofisinin əməkdaşları bizi universitetdə gəzdirərək həm universitetin, həm də Jelgava şəhərinin tarixi ilə tanış etdilər. Şirkətimiz adından universitetin xatirə dəftərinə ürək sözlərimizi yazdıq. Həmçinin, universitetə göndərdiyimiz ilk tələbəmiz Riad bəy ilə birlikdə universitetin həyətində çəkiliş etdik və tələbələrimizə universitet barədə ətraflı məlumat verdik.

Latviya Həyat Elmləri və Texnologiyaları Universiteti ilə Görüş – Hilton Otel, Azərbaycan – 26.10.2025
Bu görüş zamanı universitetlə qurduğumuz əməkdaşlıqdan duyduğumuz məmnuniyyəti ifadə etdik və gələcək iş birliyimizi daha səmərəli şəkildə necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik.


Latviyanın Transport və Telekommunikasiya İnstitutu ilə Görüş – Hilton Otel, Azərbaycan – 26.10.2025
Bu görüş zamanı gələcək iş birliyimizi daha səmərəli şəkildə necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik.


Türkiyənin Beykoz Universitet ilə Azərbaycan Rəsmi Görüş – 14.11.2025
Görüşdə universitetin Beynəlxalq Ofisinin rəhbəri və rektor müavini iştirak edirdilər. Görüş zamanı universitetlə əməkdaşlığımızdan məmnuniyyətimizi ifadə etdik və universitet tərəfindən etibarlı tərəfdaşlıq sertifikatı ilə qiymətləndirildik.


