XARİCDƏ İŞ İMKANLARI

SAKHAVATOGLU Company MMC, 28 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təsis edilmişdir. Şirkətimiz fəaliyyətini daim inkişaf etdirərək, 13 may 2026-cı il tarixindən etibarən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti üzrə rəsmi hüquq əldə etmiş və fəaliyyət sahəsini genişləndirmişdir.

Əsas məqsədimiz, vətəndaşlarımızın bilik, bacarıq və təcrübələrinə uyğun olaraq qanuni, şəffaf və etibarlı şəkildə xaricdə iş imkanlarına çıxışını təmin etmək, onların beynəlxalq əmək bazarına inteqrasiyasına dəstək olmaqdır.

SAKHAVATOGLU Company MMC olaraq, peşəkar yanaşma, dürüstlük və məsuliyyət prinsiplərinə əsaslanaraq, həm vətəndaşlarımızın rifahına, həm də dövlətimizin insan kapitalının beynəlxalq səviyyədə dəyərləndirilməsinə töhfə verməyi qarşıya məqsəd qoymuşuq.